2019-03-21 15:16:46   |   104 dəfə oxunub

Tokio Olimpiya Oyunlarının məşəli sakura çiçəyinə bənzəyəcək



Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının məşəlinin dizaynı sakura çiçəyinə bənzəyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə oyunların təşkilat komitəsi Olimpiya məşəli estafetinin başlanmasına təqribən bir il qalmış məlumat verib.



Bildirilir ki, məşəlin hündürülüyü 71 santimetr, çəkisi təqribən 1,2 kiloqram olacaq. Onun yuxarı hissəsi sakura çiçəyinin ləçəkləri şəklində beş hissəyə ayrılacaq. Məşəlin konstruksiyası elə qurulub ki, beş ləçəkdən gələn od birləşərək vahid forma alacaq.

Məşəlin rənginin isə çəhrayı-qızılı olacağı bildirilir. Təşkilat komitəsi bu rəngi "sakura və qızıl” adlandırıb.




SON XƏBƏRLƏR

2019-04-18