2019-03-21 16:21:41   |   108 dəfə oxunub

Türkiyənin qüruru: 4 saat 20 dəqiqə havada qaldı


Türkiyənin yüksək faydalı yük tutumlu yeni pilotsuz  hava gəmisi (İHA) ilk uçuşunu müvəffəqiyyətlə reallaşdırdı.

"Sherg.az" türk mediasına istinadən xəbər verir ki, Türk Havaçılıq və Kosmos Sənayeninin (TUSAŞ) Twitter hesabından yayılan paylaşımda, bir müddətdir üzərində işlənilən və "Anka-2" olaraq bilinən İHA-nın uğurlu uçuş etdiyi bildirildi.

Yüksək faydalı yük tutumlu İHA ilk uçuşda, avtomatik eniş və cəhdetmə xüsusiyyətindən istifadə edərək 4 saat 20 dəqiqə havada qaldı.

TUSAŞ, daha yüksək yük daşıma tutumuna sahib yeni İHA inkişaf etdirmək üçün öz qaynaqlarıyla "Anka-2" proyektini həyata keçirmişdi.

Cüt motorlu İHA, uzun müddət havada qalmalı,  kəşf, müşahidə etmə, hücum vəzifələrini yerinə yetirə biləcək. İHA, 700 kiloqramdan çox faydalı yük daşıya biləcək.

Turan




SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26