2019-03-21 17:00:32   |   99 dəfə oxunub

Çində kimyəvi məhsullar zavodunda baş verən partlayışda 6 nəfər ölüb


Çinin Ciansu vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 30 nəfər yaralanıb.

AZƏRTAC yerli hökumətin məlumatına istinadla xəbər verir ki, hadisə Yançen şəhərinədki sənaye parkında baş verib. Güclü partlayış nəticəsində ətrafdakı digər istehsal sahələri dağılıb, yaxınlıqdakı evlərinin şüşələri sınıb. Dağıntılar altında fəhlələrin qaldığı güman olunur. Ərazidə yaranan güclü yanğın uzaq məsafədən görünür.

Hadisə yerinə 176 yanğınsöndürən avtomobil, habelə xeyli polis və mülki müdafiə işçisi, təcili yardım briqadaları cəlb olunub.




SON XƏBƏRLƏR

2019-04-18