2019-03-21 17:09:34   |   175 dəfə oxunub

Böyük Britaniyada məscidlərə silsilə hücumlar edildi

Terrorla mübarizə qrupları hadisəni araşdırır


Böyük Britaniyanın Birminhem şəhərində 4 məscidə hücum edilib.
Sputnik Azərbaycan "Haber7”ə istinadla xəbər verir ki, gecə saatlarında 4 məscidə ağır çəkiclə hücum edilib, pəncərələr qırılıb. Polis hadisəni təsdiq edib. Məscidlərə ayrı-ayrı vaxtlarda bənzər hücumlar edilib.

Hücumların bir-biri ilə əlaqəli olduğuna inandığını açıqlayan polis, cinayət ilə bağlı dəlillərin toplandığını və təhlükəsizlik kamerası görüntülərinin araşdırıldığını bildirib.

Polis rəisi Dave Thompson verdiyi açıqlamada Yeni Zelandiyadakı terror hadisəsindən sonra bölgədəki məscid, kilsə və digər ibadət yerlərinə dəstək vermək üçün oraların camaatları ilə yaxın bir şəkildə çalışdıqlarını bildirib.

Polis rəisi hücumların səbəbinin hələlik bilinmədiğini açıqlayıb. Terrorla mübarizə qrupları da hadisəni araşdırır.






SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26