2019-03-21 19:34:51   |   141 dəfə oxunub

İraqda bərə aşdı: Ölü sayı 71-ə çatıb - YENİLƏNİB

İraqın Mosul şəhəri yaxınlığında Tiqr çayında bərə qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İraqın daxili işlər naziri Saad Maan bildirib.

S.Maan deyib: "Hazırda xilas edilənlərin sayı 55 nəfər təşkil edib, onlardan 19-u uşaqdır. Hadisə nəticəsində 71 nəfər həlak olub, onların arasında - kişilər, qadınlar və uşaqlar var".

19:34

İraqda bərə qəzaya uğrayıb.

TASS xəbər verir ki, hadisə Mosul yaxınlığında Dəclə çayında baş verib.

Bildirilir ki, qəza nəticəsində 60 nəfər ölüb.

Bərədə əsasən istirahətə yollanan ailələr olub. Ölənlərin əksəriyyəti suda üzə bilməyən qadın və uşaqlardır.




SON XƏBƏRLƏR

2019-04-21
2019-04-20