2019-03-21 21:54:15   |   307 dəfə oxunub

ABŞ “Qolan Təpələri”ni İsrail ərazisi kimi tanıyacaq - Tramp “Twitter”də yazdı


ABŞ prezidenti Donald Tramp "Twitter”də "Qolan Təpələri”nin İsrail ərazisi olduğunu yazıb.

"Sherg.az” xarici KİV-ə istinadən bildirir ki, Tramp – "52 il sonra ABŞ-ın "Qolan Təpələri” üzərində İsrailin suverenliyini tanıya biləcəyini açıqlayıb.

Amerika prezidenti qeyd edib ki, bu ərazilər həm İsrail, həm də bütün regionun sabitliyi üçün vacibdir.

Qeyd edək ki, rəsmi Vaşinqtonun 20 martda yəhudi dövlətinin ərazisi olaraq "Qolan Təpələri”ni tanıması niyyəti "Associated” press tərəfindən bildirilib. Bəyan edilib ki, bu, İsrail baş naziri Benyamin Netanyahunun gələn həftə ABŞ-a səfəri zamanı rəsmən elan ediləcək.

Eyni zamanda, agentliyin qeyd etdiyi kimi, 2019-cu ildə ABŞ Dövlət Departamentinin insan hüquqları haqqında hesabatında "Qolan Təpələri” ilə bağlı "İsrail işğalı əraziləri" sözləri yoxdur. Bunun əvəzinə, ora "İsrail tərəfindən nəzarət edilən yer" adlandırılıb.
Xatırladaq ki, 1944-cü ildən Suriyaya məxsus olan Qolan, 1967-ci ilin "Altı gün” müharibəsində İsrail tərəfindən tutulub. 1981-ci ildə İsrail parlamenti birtərəfli olaraq bu ərazidə ölkənin suverenliyini elan edən "Qolan Təpələri” haqqında qanunu qəbul edib. BMT Təhlükəsizlik Şurasının qətnaməsi ondan sonra ilhaqı etibarsız sayıb.

Anar





SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26