2019-03-21 22:18:40   |   274 dəfə oxunub

Sevgilisi ilə məscidə gedən Suares tənqid "atəş"inə tutuldu



"Barselona"nın futbolçusu məscidi ziyarət edərək müsəlmanları qəzəbləndirdi

"Barselona" klubunun futbolçusu Londonun "Arsenal" klubuna icazəyə verdiyi Denis Suarez Küveytdə məscid ziyarətinə gedib. Bu ziyarət tənqidlərlə qarşılanıb.

"Sherg.az”ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, sevgilisi ilə birlikdə Küveytdə məscid ziyarətinə gedən 25 yaşındakı orta sahə oyunçusu "Allah evi”nə şortiklə girib. Bu osə sosial şəbəkələrdə mənfi reaksiyaya səbəb olub. Hətta ispan futbolşunun bu davranışı yerli mətbuatda da tənqid atəşinə tutulub. "Suarez müqəddəs yerə hörmətsizlik etdi" deyə qeyd edilib.

Məscid rəhbərliyi, məscidin ziyarət edilməsi qaydalarının həm ərəb, həm də ingilis dilində olduğunu açıqlayıb.

Anar





SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26