2019-03-21 22:45:35   |   215 dəfə oxunub

Ağcabədidə qadın evlərindən qızılı oğurlayıb sevgilisinə bağışladı


Ağcabədi rayonunda polisə oğurluq hadisəsi barədə yalan məlumat verən gənc qadın saxlanılıb.

"Report"un verdiyi məlumata görə, K.Aslanova polisə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus evdən qızıl-zinət əşyaları oğurlanıb.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, 1500 manat dəyərində qızıl-zinət əşyalarını K.Aslanova özü münasibətdə olduğu şəxsə hədiyyə olaraq verib. Hadisəni ailə üzvlərindən gizlətmək üçün polisə yalan məlumat verib.

K.Aslanova oğurluq görüntüsü yaratmaq üçün mənzilin pəncərəsini sındırıb ev əşyalarını dağıdaraq polisi inandırmağa çalışıb ki, oğurluq hadisəsi naməlum şəxslər tərəfindən törədilib.

İstintaq zamanı K.Aslanova törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-04-21
2019-04-20