2019-03-21 22:57:09   |   164 dəfə oxunub

Gəmi qəzasında ölənlərin sayı 85-ə çatdı – Qurbanların çoxu uşaqlar və üzməyi bacarmayanlardır



İraqın şimalındakı Dəclə çayında gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 85-ə çatıb. "Sherg.az” bildirir ki, bu barədə "Sky News Arabia” məlumat verib.

Bundan əvvəl isə ölkənin Daxili İşlər Nazirliyi 71 nəfərin öldüyünü açıqlamışdı.

İraqın baş naziri Adil Əbdül Mehdi qurbanların ailələrinə başsağlığı diləyərək, hadisənin dərhal araşdırılması əmrini verib.

Hadisə ilə bağlı ilkin versiyaya görə, gəminin yükü tutumundan üç dəfə çox olub. Ərəb telekanallarının verdiyi məlumata görə, gəmi 75 sərnişin üçün nəzərdə tutulub. Ölü sayının şox olması gəmidə uşaqların və üzməyi bacarmayan insanlarla əlaqələndirilir.

Anar





SON XƏBƏRLƏR

2019-04-21
2019-04-20