2019-03-22 09:45:51   |   93 dəfə oxunub

Avtomobildə doğdu


Goranboy sakini avtomobildə uşaq dünyaya gətirib.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Səmədabad-Goranboy avtomobil yolunda baş verib. 1990-cı il təvəllüdlü Səmədabad kənd sakini Fərqanə Fizuli qızı Ələkbərova doğuş sancıları səbəbi ilə təcili tibbi yardım çağırıb. Tibbi briqadanın gəlişini gözləmədən yaxınları hamilə qadını "VAZ 21015” markalı maşınla kənd yolundan avtomagistrala çıxarmaq istəyib. Gənc ana uşağı avtomobildə dünyaya gətirib.
Ana və yeni doğulmuş oğlu təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına çatdırıb. Hazırda onların vəziyyəti normaldır.




SON XƏBƏRLƏR

2019-04-18