2019-03-22 11:21:17   |   237 dəfə oxunub

Pişiklərin ötürdüyü bakteriyalar insanlarda şizofreniya yaradır – FAKT



Amerikalı həkimlər pişiklər tərəfindən ötürülən bir bakteriyanın insanlarda şizofreniya yaratmasından yazıb. Yazıda qeyd olunur ki, məsdanlar bakteriya daşıyıcılarıdırlar və onların insanlara keçirdiyi infeksiyaları müəyyən etmək olduqca çətindir. 

« Sherg.az» « sciencesetavenir.fr »a istinadən xəbər verir ki, bu barədə « Journal of Central Nervous System Disease” qəzetində yazı dərc olunub. Məqalədə qeyd olunub ki, evində pişik saxlayan 14 yaşlı bir gəncdə ciddi psixotik davranışlar müəyyən olunub. Onda qeyri-adi hərəkətlər, dalğınlıq və depressiv hisslər özünü büruzə verib. 

O ilk olaraq Amerikanın qərbində bir xəstəxanaya yerləşdirilib. Bir həftə ərzində o psixozdan əziyyət çəkib. Daha sonra bir neçə dəfə özünə qəsd etməyə çalışıb.

Həmin uşaq xəstəxanada olarkən hədsiz yorğunluq, çiyinlərində ağrı, panik krizi, və s. kimi əlamətlər onun vəziyyətini daha da ağırlaşdırıb. Lakin 15 həkinin 18 ay müddətində apardığı ciddi müalicələrdən sonra onun vəziyyəti yaxşılığa doğru inkişaf edib.

Tərcümə etdi : Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26