2019-03-22 11:26:51   |   223 dəfə oxunub

Ərdoğan Putinin dəvətini qəbul edib Krıma gedəcəkmi ? - ŞƏRH

"Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Krımda tikintisi başa çatmaqda olan məscidin açılışına dəvət etməklə dostunu çətin duruma salıb".

"Sherg.az" xəbər verir ki, bunu feysbuk profilində "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yazıb.

Ekspert vurğulayıb ki, Ərdoğan və Türkiyə Krımı Ukrayna ərazisi sayır: 

"Türkiyə yarımadanın Rusiyaya birləşdirilməsinin əleyhinədir və bunu tənqid edir. Bundan başqa Ərdoğanın Rusiyanın haqqında cinayət işi açdığı Krım türklərinin lideri Mustafa Cəmiloğlu ilə sıx təmasları var. İndi Ərdoğan Putinin dəvətini qəbul edib ilhaq olunmuş Krıma getsə, həm daxili, həm də xarici siyasətdə ciddi tənqidlərlə üzləşəcək, xarizması zədələnəcək. Getməsə, bu halda da Putinin dəvətini qulaqardına vurmuş olacaq. Putinin məqsədi də elə bu idi, dostunu çətin seçimə sürükləmək! Əsl dost belə etməzdi!".

İsmayıl




SON XƏBƏRLƏR

2019-06-27