2019-03-22 11:33:08   |   133 dəfə oxunub

"...Kreml Paşinyanın siyasətindən narahatdır"



"Ermənistan baş naziri Nikol Paşinyanla Prezident İlham Əliyevin rəsmi görüşü gözlənilir".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik liderlər dördüncü dəfə Qarabağ münaqişəsinin həlli üzrə bir araya gələcəyini vurğulayıb. 

Onun sözlərinə görə, bundan əvvəl baş tutan üç görüş qeyri-rəsmi səviyyədə keçirilib: 

"Prinsipcə, bir neçə məsələdə şifahi razılaşma əldə edilsə də, mahiyyətcə konfliktin həllində yalnız atəşkəsin qorunmasına xidmət edib. Növbəti danışıqlar rəsmi səviyyədə olacaq.

Bu görüşdən sonra, Ermənistan tərəfinin mövqeyi daha da bəlli olacaq. Paşinyan qeyri-konusturuktiv açıqlamalarına rəğmən Azərbaycanla razılığa gəlməkdə maraqlı görünür. 

Çünki, ölkəsində başlatdığı inqilab və siyasi açılım işğalın ortadan qalxması ilə nəticələnə biləcəyinin fərqindədir. Qərb də Paşinyandan bunu  gözləyir. 

Brüssel səfərindən sonra, bunu daha da anladı. Onun format dəyişikliyi kimi şərtləri demək olar ki, söz olaraq qaldı. Çətin ki, Prezident İlham Əliyevlə bu məsələni müzakirə edə bilsin".

Ekspert bəyan edib ki, Bakı və İrəvan arasında konfedensial diplomatik danışıqları istisna edilmir: 

"Cəbhədə nisbi sakitliyin hökm sürməsi də bunu dəlalət edir. Rəsmi səviyyədə baş tutacaq danışıqlarda əsas gedişat ərazilərin boşaldılması və Qarabağa aralıq statusun verilməsi kimi prinsiplər müzakirə olunacaq. Qarabağ separtçıları buna qarşıdır.

 Hətta qondarma rejimin əsas fiqurlarından olan Samvel Babayan Qarabağın Rusiyanın mandatında olmaq təklifini irəli sürüb. Deməli, Xankəndindəki Qarabağ klanı birbaşa Moskvanın mesajını dilə gətirir və Kreml Paşinyanın siyasətindən narahatdır".

Siyasi şərhçi bildirib ki, ötən gün Rusiyanın XİN rəhbəri Sergey Lavrovun erməni vəzifədaşı Zoqrab Mnatsakanyana zəng edərək, əsasən Qarabağ konflikti ətrafında söhbəti Moskvanın prosesi nəzarətdə saxlamağa yönəlib: 

"Prezident İlham Əliyevlə Nikol Paşinyanın rəsmi görüş yerləri açıqlanmır. Baxmayaraq ki, hər iki tərəf görüş yerini razılaşdırıb. Rusiya XİN rəhbəri Lavrov Mnatsakanyana bu görüşü Rusiya ərazisində keçirməyi təklif edib və çalışır ki, İrəvan Moskvanın icazəsi olmadan digər yerlərdə görüşü baş tutmasın. 

Paşinyan çalışır ki, Rusiyanın nəzarətindən kənar danışıqlar baş tutsun. Moskva bunun fərqindədir. Rusiya Qarabağdakı separtçılar və Gümrüdəki Rusiya bazası vasitəsi ilə Paşinyana təzyiq edə bilər. Bu arada sabiq prezident Serj Sarkisyan Qarabağda görüşlər keçirib. 

Sarkisyan və Xankəndindəki qondarma qurum aktiv fəaliyyətə keçə bilər. Qeyd edim ki, növbəti ayda Qarabağla bağlı və Ermənistan daxilində ciddi siyasi proseslər gözlənilir. Paşinyan əleyhinə silahlı qiyama da cəhd edilə bilər".

İsmayıl




SON XƏBƏRLƏR

2019-04-18