2019-03-22 13:22:49   |   157 dəfə oxunub

DİQQƏT ! Gənə dişləməsi ağır LİM xəstəliyi yaradır – Qorunun !


Fransada Sanitar Təhlükəsizlik üzrə Milli Agentlik yazın gəlişi ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

« Sherg.az » « sciencesetavenir.fr »ə istinadən xəbər verir ki, gənələr dişləyərək insanlara Lim xəstəliyi ötürürlər : 

«2016-cı ildə Fransada 50 min adam gənə dişləməsi nəticəsində ağır lim xəstəliyinə tutulub.

Ümumiyyətlə, may ayında gənələrin aktivliyi daha da artır. Və bu ayda gənə insanı dişləyərsə həmin adamın xəstəliyə yoluxması daha tez baş verə bilər.

Aqronomik Araşdırma üzrə Milli İnstitutdan bildirilib ki, Nansi laboratoriyasında gənə dişləmiş 5, 500 adam üzərində yoxlamalar aparılıb və məlum olub ki, Lim xəstəliyi məhz gənə dişləməsindən sonra baş verir.

Tərcümə etdi : Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-04-18