2019-03-22 16:34:09   |   213 dəfə oxunub

Əngəlli oğluna 30 min qarşılığında suriyalı gəlin gətirdi, o da qaçdı



 Türkiyənin Kayseri şəhərində 65 yaşlı qadın,  40 faiz əngəlli olan oğulu ilə evlənməsi qarşılığında 30 min TL verdiyi Suriyalı qızı evinə gəlin gətirib. Bir müddət sonra isə polisə müraciət etmək məcburiyyətində qalıb.

"Sherg.az" türk mediasına istinadən xəbər verir ki, hadisə belə cəryan edib: 65 yaşlı R. K. adlı qadın, 40 faiz əngəlli olan oğulunu evləndirmək üçün qız axtarıb və bunu Suriyalı qonşusu Rezzan adlı qadına söyləyib. Suriyalı qız tapacağını söyləyən Rezzan adlı qadın bir müddət sonra bir qız tapdığını, ancaq 40 min TL pul istədiyini söyləyib. Bunu eşidən R. K. 30 min TL qarşılığında razılaşıblar.

Qapısına gedərək Semaher adlı Suriya vətəndaşı olan qadın ilə razılaşaraq onu evə gətirirlər. İddiaya görə zərər çəkmiş qadın R. K., Suriyalı Rezzan adlı qadına hissə-hissə olmaqla 30 min TL pul verir və təxminən 20 min TL məbləğində də pul xərcləyir.

R.K.ın əngəlli oğuluna arvad olaraq gələn Semaher adlı Suriyalı qadın bir müddət sonra ‘istəmirəm' deyərək evi tərk edib. R. K. aldadıldığı iddiasıyla polisə gedərək şikayətçi olub. Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.




SON XƏBƏRLƏR

2019-04-18