2019-03-22 17:23:07   |   148 dəfə oxunub

İnstaqramda ən çox izlənilən 10 azərbaycanlı onlardır - Siyahı



Yeni simalar, sosial media fenomenlə çıxdıqca, məşhurlarımızın İnstaqram hesablarındakı rəqəmlər tez-tez dəyişir.
Axşam.az bu dəfə İnstaqramda ən çox izlənilən 10 azərbaycanlının siyahısını tərtib edib.

Bloger Hüseyn Həsənovun 10 milyon 300 min izləyicisi var.
Treyner və idmançı Bahar Nəbiyevanın izləyici sayı 2 milyon 400 min nəfərdir.
Sevil və Sevinc bacılarını İnstaqramda 2 milyon 45 min nəfər izləyir.
Zaur və Günay cütlüyünü "follow” edənlərin sayı 1 milyon 716 mindir.
Əməkdar artist Röya Ayxan tez-tez paylaşdığı "Story”lərlə 1 milyon 700 min izləyiciyə xitab edir.
Damlanın İnstaqram fanatları 1 milyon 627 min nəfərdir.
Dünyaca məşhur ulduzların da izlədiyi Anar Ağakişiyevin 1 milyon 403 min izləyicisi var.
Vüsalə Əlizadə fotolarını 1 milyon 397 min izləyicisi ilə bölüşür.
Xalq artisti Emin Ağalarovu isə 1 milyon 396 min nəfər izləyir.
Günay İbrahimli 1 milyon 346 min izləyicisi ilə siyahımızın 10-cu pilləsində qərarlaşıb.




SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26