2019-03-24 03:37:19   |   60 dəfə oxunub

"Boeing"in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşıb



ABŞ-ın "Boeing" korporasiyasının bazar dəyəri martda "Boeing 737 MAX" tipli sərnişin təyyarəsinin Efiopiyada qəzaya uğramasından sonra 40 milyard dollardan çox ucuzlaşıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü CNN teleşirkəti məlumat yayıb.

Məlumata görə, "Boeing" səhmlərinin məzənnəsi bu ay demək olar ki, 18 faiz aşağı düşüb. Bu o deməkdir ki, korporasiya qiymətli kağızlarının məcmu dəyəri 40 milyard dollardan çox ucuzlaşıb. "Boeing"in ötən il verdiyi hesabatda isə onun məhsullarının satış həcminin 100 milyard dolları ötdüyü bildirilir.




SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18