2019-03-24 10:56:08   |   115 dəfə oxunub

Maşın tunelə çırpıldı: yaralılar var


Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində, yolötürücü tuneldə baş vermiş yol qəzası ilə bağlı bəzi təfərrüatlara aydınlıq gətirilib.
ONA-nın məlumatına görə, avtomobildə sürücüdən başqa sərnişin də olub. Bu, 1992-ci təvəllüdlü Ruslan Amanovdur. Ağır bədən xəsarətləri alan R.Amanov xəstəxanaya yerləşdirilib.
Avtomobilin sürücüsü də hazırda xəstəxanada müalicə olur. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Qeyd edək ki, avtomobil taksi olub, avtoqəza Ziya Bünyadov prospektində yerləşən yolötürücü tuneldə qeydə alınıb.
Yüksək sürətlə hərəkət etdiyi deyilən "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq əks hərəkət zolağına düşüb. Nəticədə sürücü ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar aparılır.




SON XƏBƏRLƏR

2019-05-20