2019-03-24 11:14:46   |   184 dəfə oxunub

"Kaspşik torpaqlarımızın işğal altında qalmasını uzadan atəşkəsə xidmət edir" - ŞƏRH

"Rəsmi Bakı Anjey Kaspşiki ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi vəzifəsindən uzaqlaşdırmaq istədiyi və ya belə bir niyyətini ortaya qoyduğu halda o nümayişkənarə şəkildə Ermənistana səfər edir. Bu ölkənin rəsmiləri ilə müzakirələr aparır".

Bunu "Sherg.az"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, Kaspşik növbəti dəfə Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb: 

"Görüşdə təmas xəttindəki və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Yayılan fotolara baxsaq, görərik ki, Kaspşik elə bil yaxın qohumu ilə görüşür. ATƏT-də bizi eşitmədilər. Həmsədrlər son bəyanatlarında Kaspşiki müdafiə edən cümlələr işlətdilər. 

Elə ATƏT-in hazırki sədri də Kaspşiklə fəaliyyətinə davam etmək istəyir. Biz bu şəxslə əməkdaşlığa necə davam edəcəyik? Əsas sual budur. Çünki Azərbaycan Nazirlər Kabinetinin hazırladığı son hesabata görə Kaspşikin 23 ildə hazırladığı bütün monitorinqlər Azərbaycanın əleyhinə, separatçıların xeyrinə olub".

Politoloq vurğulayıb ki, Kaspşikin vəzifəsi atəşkəsi qorumağa yönələn hesabatlar hazırlamaqdır: 

"Ancaq hansı atəşkəsi? Kaspşik torpaqlarımızın işğal altında qalmasını uzadan atəşkəsə xidmət edir. Bu isə bizim maraqlarla tərs düşür. Kaspşikin yerinə gələn də eyni vəzifəni yerinə yetirəcək. Ancaq heç olmazsa yeni sima görərik. Ona qalsa 25 ildə həmsədrlər də məsələni həll etməyiblər. Ancaq ən azından həmsədrlər tez-tez dəyişir. Kaspşik isə bu vəzifədən elə yapışıb ki, qopmaq bilmir".

İsmayıl




SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18