2019-03-24 15:35:13   |   89 dəfə oxunub

Türkiyədə baş verən yol qəzasında 20 hərbçi yaralanıb




Türkiyənin Şırnak bölgəsində hərbçiləri daşıyan zirehli mikroavtobus xidməti hərəkət zamanı qəzaya düşüb.

AZƏRTAC xəbər verir ki, martın 24-də Cizrə-Şırnak şosesində baş verən qəzada 1 hərbçi ölüb, 20-si yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.




SON XƏBƏRLƏR

2019-04-20