2019-03-24 15:55:34   |   430 dəfə oxunub

Bir ilk oldu: Qarslı bəy və gəlinin Bakı xəyalları gerçəkləşir - FOTOLAR



Ankara - Bakı arasında sərnişin daşımasında  istifadə edilməsi planlaşdırılan  və 21 martda Kapıkule Sərhəd Qapısından Türkiyəyə daxil olan xüsusi sərnişin  qatarı Qarsa gəlib. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, səhər saat 09.00 radələrində  Qars stansiyasına çatan ilk xüsusi sərnişin  qatarını vətəndaşlar qarşılayıb. 









Onların  arasında yeni toy edən bir cütlük də olub. Mərkəzə bağlı Yağkesen kəndində məskunlaşan Qasım Sait, Bingöllü gəlin Gülsüm ilə birlikdə xatirə şəkili çəkdirmək üçün  stansiyaya  gəliblər. Qatarı  gəzən bəy və gəlin  Bakı xəyalları qurduqları və ilk fürsətdə Bakıya getmək istədiklərini söyləyib. 

Turan





SON XƏBƏRLƏR

2019-04-20