2019-03-24 19:29:40   |   128 dəfə oxunub

Arvadını öldürmək istəyən pilot təyyarəni evinə çırpıb - VİDEO


Botsvanada mübahisə etdiyi həyat yoldaşını öldürmək istəyən pilot təyyarəni evinə çırpıb.

ONA-nın "Eyewitness News” portalına istinadən verdiyi məlumata görə, ərlə arvad arasında mübahisə gələcək övladlarının şərəfinə keçirilən ziyafətdə yaranıb.

Ər həyat yoldaşına qarşı özünü çox kobud aparıb və qonaqlar ondan ziyafəti çıxıb getməsini xahiş ediblər. Ər ziyafətdən çıxdıqdan sonra dostuna zəng açıb və arvadının konkret evin hansı hissəsində olduğunu soruşub. Dostu onun danışığından şübhələnib və bütün qonaqların evdən çıxmasını xahiş edib. Az sonra isə təyyarə evə çırpılıb.

Hadisə nəticəsində yalnız pilot ölüb.





SON XƏBƏRLƏR

2019-06-18