2019-03-24 19:30:00   |   121 dəfə oxunub

Bakıda dənizə düşən şəxs xilas edilib


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

FHN-nin saytının yaydığı məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.





SON XƏBƏRLƏR

2019-04-20