2019-03-24 20:31:14   |   98 dəfə oxunub

Podiuma tək - tək çıxdılar: Ən gözəli pişik seçildi



Van Yüzüncü İl Universiteti (YYÜ) tərəfindən bu il 4-cü dəfə təşkil edilən "Van Pişiyi Gözəlik yarışı"nda ən gözəl pişik seçildi.  Sherg.az türk mediasına istinadən xəbər verir ki, "Shopping Fest" Alver Günləri  çərçivəsində  İpekyolu qəsəbəsindəki ticarət  mərkəzində təşkil edilən yarışmada Van pişikləri podiuma çıxdı. 





Biri mavi, digəri sarı rəng gözləri,  ağ tükləri və zadəgan duruşlarıyla diqqəti çəkən Van pişiklərinin qatıldığı yarışmaya vətəndaşlarla yanaşı  şəhərə gələn turistlər də  maraq göstərdi. Səsvermənin əvvəlində çıxış edın Mədəniyyət və Turizm El Müdiri Müzəffər Aktuğ, Van pişiyinin dünyanın ən gözəl pişiklərindən biri olduğunu, qatıldıqları bütün sərgilərə Van pişiyini apardıqlarını söylədi. Van Qubernatorluğu himayəsində təşkil edilən Shopping Fest daxilində, bu il dördüncü dəfə yarış təşkil etdiklərini bildirən Aktuğ, "Bizim gözümüzdə Van pişiklərinin hamısı birinci, gözümüzün nuru və Vanın çox qiymətli   bir dəyəridir." dedi. YYÜ Van Pişiyi Araşdırma və Tətbiq Mərkəzi Müdiri Prof. Dr. Abdullah Kaya da Van pişiklərini daha yaxşı tanıtmaq və fərqini çatdırmaq üçün böyük  fəaliyyət göstərdiklərini bildirir. Kaya sözünə  belə davam edir:



"Van pişiyi, tarixi 4 min illik olan bu bölgədə əhəmiyyətli bir mədəni sərvətimizdir. Bu sərvətimiz  son illərdə yox olmaq təhlükəsiylə qarşı-qarşıyadır. Bu üzdən Van Pişiyi Araşdırma Mərkəzi olaraq, universitet daxilində işlərimizi qururuq. Van camaatından  da bizə qatqı təmin etmələrini gözləyirik. Heç olmasa hər evdə bir Van pişiyi olmasını istəyirik. Van pişiyiylə əlaqədar cəhdlərimizi nə qədər artırsaq onları  gələcəyə daha etibarlı şəkildə ötürmək  imkanımız olacaq. Bunu birlikdə bacara bilərik. Çıxışlardan sonra tək - tək podiuma çıxaraq hünərlərini sərgiləyən Van pişikləri, münsif tərəfindən səs verildi. Səsvermədə 95 bal alan  "Spak" adlı Van pişiyi birinci seçildi. Pişiyin sahibi Bürcü Utkaner Kaval, 2 ildir baxdığı pişiyinin birinci seçilməsindən böyük qürur  duyduğunu  söylədi. 

Turan




SON XƏBƏRLƏR

2019-04-20