2019-03-25 12:37:10   |   138 dəfə oxunub

Qiyam qaldıran erməni əsgərləri Dağlıq Qarabağa göndərməklə cəzalandırıblar



Yerevanda bir qrup əsgər anası etiraz aksiyası keçirib.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistanın Mehri şəhərində hərbi xidmətdə olan əsgərlərdən birinin anası oğlundan bir neçə gün xəbər ala bilmədiyini deyib.

Daha sonra onun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə göndərildiyi məlum olub.

Valideynlər bildirib ki, Mehridə 20-yə yaxın əsgər zabitlərdən birinə etiraz olaraq hərbi hissəni tərk edib. Daha sonra geri qayıdan əsgərlərin bir hissəsini Dağlıq Qarabağda cəbhə xəttinə göndəriblər.




SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26