2019-03-25 12:55:51   |   177 dəfə oxunub

Politoloqdan sərt proqnoz: “Çox təhlükəli oyunlar gedir, artıq güc tətbiqi aktualdır”




"Azərbaycan Türkiyə və Pakistanla hərbi müttəfiqlik müqavilələri bağlamalı və hər an ordunu Qarabağda döyüşə hazır vəziyyətdə saxlamalıdır".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, çox təhlükəli oyunlar gedir. Artıq beynəlxalq qanunlar deyil, güc tətbiqi aktualdır:

"ABŞ prezidenti Donald Trampın Suriyanın işğal altında olan Qolan təpələrini İsrailin ərazisi kimi tanıya biləcəkləri bəyanatı beynəlxalq hüquq sisteminin çöküşüdür.

Bu beynəlxalq qanunu, dövlətlərin ərazi bütövlüyünə qəsd və anneksiyanı ilk dəfə "Soyuq müharibə"dən sonra Rusiya həyata keçirdi, Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıdı. Həmçinin, Ukraynanın Krım regionunu anneksiya etməklə beynəlxalq nizamı pozdu.

Trampın Qüds qərarı və Qolan təpələri ilə bağlı bəyanatından aydın olur ki, ABŞ və Rusiya yeni sərhədlərin formalaşması istiqamətində fəaliyyətə keçiblər. Azərbaycan üçün təhlükəli ssenari məhz Qarabağ münaqişəsinin həll edilməməsi və Rusiyanın təsir qüvvəsinin qalmasıdır".

Ekspertin sözlərinə görə, Moskva Trampın bu kimi bəyanatlarından pərdəarxası razıdır: 

"Çünki, öz işğalçı və təsiredici siyasətini qonşu ölkələrə tətbiq edir. Ona görə də Rusiyadan Qarabağla bağlı hərhansı pozitiv siyasət gözləməyək. Rusiya çalışacaq ki, regionunumuza təzyiqini artırsın. Qarabağda mümkün provakasiyalar hazırlana bilər".

İsmayıl





SON XƏBƏRLƏR

2019-04-18