2019-03-25 16:27:53   |   214 dəfə oxunub

Türkiyə və Rusiya arasında viza rejimi tam ləğv olunur

İki ölkə arasında strateji yaxınlaşma davam edir



Türkiyə və Rusiya hökumətləri viza rejiminin aradan qaldırılması üçün danışıqlara başlayıb.
Sputnik Azərbaycan-ın "Naberler”ə istinadla xəbərinə görə, bu barədə xarici işlər naziri Mevlud Çavuşoğlu bildirib. O deyib ki, Rusiya vətəndaşlarının Türkiyəyə vizasız, şəxsiyyət vəsiqəsi ilə gələ bilmələri üçün Moskva ilə danışıqlar aparılır.

Nazirin sözlərinə görə, martın 28-də Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi heyətlə Antalyada bu barədə müzakirələr aparılacaq.

Müzakirələrinin davamı aprelin 8-də Moskvada olacaq.






SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26