2019-03-25 17:55:48   |   200 dəfə oxunub

Paşinyan qapalı toplantı keçirdi: “Ermənistanın baş naziri ordu daxilindəki vəziyyətdən narahatdır” - Politoloq



"Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində qapalı toplantı keçirib. Paşinyan böyük ehtimalla ordu daxilindəki vəziyyətdən narahatdır”.

"Sherg.az” bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistan baş naziri Nikol Paşinyanın Müdafiə Nazirliyində keçirdiyi qapalı iclas haqqında danışarkən deyib.

Politoloq vurğulayıb ki, Ermənistanda hərbçilərlə komandirlər arasında münasibətlər sistemində ciddi problemlər var:

"Hərbçilərin hərbi hissəni tərk edərək etiraza baş vurmaları müharibə vəziyyətində olan dövlət üçün ciddi siqnaldır. Üstəgəl İrəvandakı "Əsgər anaları” komitəsi də fəallığını azaltmır. Onlar da gənclərin Dağlıq Qarabağda hərbi xidmət keçməsinə etiraz edirlər. Paşinyan oğlunu Dağlıq Qarabağa xidmətə göndərəndə elə bilirdi ki, bununla siyasi xal qazanacaq və başqalarına nümunə olacaq. Amma belə olmadı. Düşmənin təmas xəttində nə qədər çox itkisi olarsa biz Ermənistan ordusunda və cəmiyyətində daha çox təlatümlərin şahidi ola bilərik”.

Anar





SON XƏBƏRLƏR

2019-04-18