2019-03-25 18:49:49   |   249 dəfə oxunub

Gülzar Qurbanova sənətini dəyişir


"Mən yaradıcılığımla nəfəs alıram. Ancaq bu yaradıcılığı heç vaxt hər şeydən üstün tutmamışam. Əksinə, o mənə insanlardan uzaq düşməmək, özümlə baş-başa qalıb, ətrafdakılar kimi yaşamağım üçün lazımdır. Mənim nəzərimdə yaradıcılıq tənha sənətkarın əyləncəsi deyil. O - mümkün qədər daha çox insanın hisslərinə təsir etmək, gündəlik əzab və sevinclərin "seçilmiş" obrazını onlara vermək üçün vasitədir. 

Bax ona görə yaradıcılıq sənətkarı xəlvətə çəkməyə qoymur, hətta ən bayağı həqiqətlərlə sınağa çəkir. Bəzən elə olur ki, özünü "seçilmiş hiss etdiyin üçün sənətkar taleyini seçirsən, ancaq tezliklə inanırsan ki, sənin sənətin yalnız bu mənbədən qidalanır: ətrafdakılarla eyniliyini etiraf etməkdən. Sənətkar məhz özü ilə başqaları arasında, qaça bilmədiyi gözəlliyin, qopa bilmədiyi cəmiyyətin daim bir addımlığında dolaşmaqdan yaranır. Bax ona görə iddialı olmaq həqiqi sənətkara yaddır: bu səbəbdən o, ittiham etməyə yox anlamağa çalışır."

Alber Kamüyunun bu fikirlərini sosial şəbəkədə paylaşan aktrisa Gülzar Qurbanova deyir ki, qərara almışam oxuduqlarımı və öyrəndiklərimi sosial şəbəkələrdəki dostlarla, xüsusilə gənclərlə paylaşım: 

"Qoy, bu da mənin xalqımın gələcəyi üşün bir xidmətim olsun, gənc nəsli oxumağa, mütailəyə səsləyim bu yolla”.

Lent.az-a açıqlamasında aktrisa onu da əlavə edib ki, teatr kütləvi sənət deyil, amma sosial şəbəkədə kütləyə fikrini ünvanlaya bilirsən: 

"Eybi yox, biz də sözümümüzü bu yola çatdıraq, missiyamız maarifçilikdi, olsun teatrda, ya kinoda, ya da sosial şəbəkə vasitəsi ilə”.




SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26