2019-03-25 19:03:54   |   166 dəfə oxunub

Baş katib elan etdi – Gürcüstan NATO-ya daxil olur

NATO-nun baş katibi Jens Stoltenberq Gürcüstanı bloka daxil etməyə söz verdi. "Sherg.az” bildirir ki, onun bəyanatı Şimali Atlantika Alyansının rəsmi saytında dərc edilib.

"Gürcüstan əhəmiyyətli islahatlarda böyük irəliləyiş əldə edib" – deyən, Stoltenberq söyləyib ki, NATO Gürcüstanın hərbi xərclərini ÜDM-in iki faizinə çatdırmaq üzrə öhdəliyini alqışlayır.

Stoltenberg vurğulayıb ki, Gürcüstan Şimali Atlantika Alyansı üçün unikal tərəfdaşdır:

"Keçən ilin yayında Brüsseldə NATO ölkələrinin bütün rəhbərləri 2008-ci ildə Buxarest sammitinin Gürcüstanın təşkilata üzv olacağına dair qərarını təsdiqləyiblər”.

Bununla yanaşı baş katib dəqiq tarix qeyd etməyib.

Stoltenberq deyib ki, NATO beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyir. O, həmçinin Rusiyanı Abxaziya və Cənubi Osetiyanın tanınmasından imtina etməyə və qoşunlarını geri çəkməyə çağırıb.

Xatırladaq ki, Şimali Atlantika Alyansının baş katibi 12 iyul 2018-ci ildə Gürcüstanın NATO-ya daxil olacağını elan edib. Sammitin bəyanatında qeyd olunub ki, Gürcüstan gələcək üzvlüyə hazırlaşmaq üçün bütün praktiki vasitələrə malikdir. 2008-ci ildə Buxarestdəki NATO sammitində isə bildirilib ki, gec-tez Ukrayna və Gürcüstan bloka daxil olacaq.

Anar





SON XƏBƏRLƏR

2019-04-18