2019-03-25 19:24:21   |   228 dəfə oxunub

Futbol tarixinin ən bahalı transferi reallaşa bilər – O futbolçuya 280 milyon avro verilir


Madrid "Real"ı hücumçu Kilian Mbappenin transferinə görə, "PSJ”-ə 280 milyon avro təklif edəcək. Bu barədə "Sherg.az" "Frans Futbool”a istinadən xəbər verir.

Nəşrin yazdığına görə, yaxın günlərdə klub Mbappenin transferi üçün danışıqlara başlayacaq.

Qeyd edək ki, klubun prezidenti Florentino Peresdən baş məşqçi Zinədin Zidan hücumçunun alınmasını istəyib.

Mbappe "Real”a getməyi qəbul edərsə, onun transferi futbol tarixində ən bahalı transfer olacaq. Hazırda rekord 2017-ci ilin yayında "Barselona”dan 222 milyon avroya "PSJ”ə keçən Neymara aiddir.





SON XƏBƏRLƏR

2019-04-20