2019-03-25 19:49:51   |   168 dəfə oxunub

Qızıl bahalaşmaqda davam edir


ABŞ-da istiqraz faizlərinin aşağı düşməsinin durğunluq xəbərdarlığı olaraq görülməsilə qızılın qiyməti qalxır.
"Marja" xəbər verir ki, ABŞ iqtisadiyyatının gələcək 18 ayda durğunluğa girə biləcəyi ehtimalı güclənir.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp, Stephen Moore-ni Fed üzvlüyünə namizəd göstərəcəyini açıqlayıb. Moore, Fed-in Dekabr ayında faiz artırmasına "böyük səhv" demişdir.
Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, qızılın unsiyası 0.2% artımla 1315.86 dollara qalxıb.

"United Overseas Bank" Fed-in faiz artırması dövrünün sona çatması ilə qızılın daha çox bahalaşacağını nəzərdə tutur. Bank, qızılın unsiyasının qiymətinin 2019-cu ilin sonunda 1450 dollara yüksələcəyini gözləyir.




SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26