2019-03-25 20:23:19   |   201 dəfə oxunub

Yazıçı meyxananı incəsənət növü saymır: “Qara Qarayev də sənətkardı, Ağamirzə də?”

Qan Tural: "Bir adam göstərin, Kafkanın "Çevrilmə"sin oxuyub, sonra Ağasəlim Çıldağın meyxanasından həzz alır"





Yazıçı Qan Tural meyxanaya incəsənət deyənləri qınayıb. O bildirib ki, meyxana heç vaxt incəsənət növü ola bilməz.

"Sherg.az” xəbər verir ki, yazıçı bununla bağlı daha geniş yazı yazacağını söyləyib:

"Meyxana incəsənət-zad deyil. Qara Qarayev də sənətkardı, Ağamirzə də? İsa Hüseynov nədir bəs? İncəsənət nədirsə o çox bəllidir. Deyirlər, folklordu. Folklor guya incəsənətdir ki? Bir adam göstərin, Kafkanın "Çevrilmə"sin oxuyub, sonra Ağasəlim Çıldağın meyxanasından həzz alır. Nazim Hikməti sevir, Lamartinə pərəstiş edir, sonra Namiqin rəvayətindən ləzzət aparır. Kiminsə qüruruna ağır gələr, amma yenə deyirəm - "Pərəstiş etdikləriniz boydasız". Kiminiz Selinceri sevin, kiminiz Mehman Əhmədlini. Özünüz bilərsiz, Allahınız bilər. Amma biz incəsənətin nə olduğun bilirik. Dediyim kimi, sonra ətraflı yazaram”.

Qeyd edək ki, bir neçə gündür social şəbəkələrdə meyxana ilə bağlı müzakirələr gedir. Belə ki, tanınmış meyxanaçı Aydın Xırdalanlının vəfatından sonar yazar Kəramət Böyükçölün statusu mübahisələr yaradıb. Böyükçöl qeyd edib ki, ümumiyyətlə meyxana rədd olub silinməlidir. Bu isə meyxana həvəskarlarının tənqidinə səbəb olub. Meyxana sevənlər bu sənətin incəsənət növü olduğunu qeyd ediblər. 

Anar





SON XƏBƏRLƏR

2019-04-18