2019-03-26 16:20:09   |   197 dəfə oxunub

Anadolu agentliyi bələdiyyə seçkilərinə aid xəbərləri 2500 KİV ilə paylaşacaq


Anadolu agentliyi martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə aid məlumatları 2500 xarici və yerli kütləvi informasiya vasitəsi ilə paylaşacaq.

AZƏRTACxəbər verir ki, agentlik bu vaxta qədər Türkiyədə keçirilən altı seçki və bir referenduma aid səsvermə və onun nəticələrini 13 dildə dünya ictimaiyyətinə çatdırıb.

Bu barədə açıqlama verən Anadolu agentliyinin baş direktoru Şenol Kazancı bildirib ki, 31 mart seçkilərinin mükəmməl şəkildə işıqlandırılması üçün hazırlıq işləri başa çatıb. Qeyd olunub ki, agentliyin seçkilərlə bağlı yaratdığı xüsusi sayt izləyicilərə səsvermə və onun nəticələri barədə operativ məlumat almağa geniş imkan yaradacaq.





SON XƏBƏRLƏR

2019-04-23