2019-03-29 15:34:18   |   305 dəfə oxunub

“Hüseyn Cavid ölümün pəncəsindən qurtulmuş 10 nəfərdən biri olub” – Tarixçi



"1918-ci ilin mart ayında daşnakların törətdiyi faciələr zamanı ölüm təhlükəsi ilə üzləşənlərdən biri də məhz dahi dramaturqumuz Hüseyn Cavid olub”.

"Sherg.az” xəbər verir ki, bunu tarixçi-alim Elmar Həsənli feysbuk profilində yazıb.

Tarixçi vurğulayıb ki, qaniçən erməni cəlladları Hüseyn Cavidi və onunla bərabər "Təbriz” mehmanxanasında yaşayan digər insanları oradan silah gücünə çıxarıblar: 

"Yol boyu 70 nəfərdən 60 nəfər qətlə yetirilib, yalnız 10 nəfər sağ qalıb. Hüseyn Cavid də təsadüf nəticəsində ölümün pəncəsindən qurtulmuş 10 nəfərdən biri olub. Bolşeviklər "Açıq söz” qəzeti mətbəəsini atəşə verdikləri zaman Cavid əfəndi ağlayaraq bu sözləri demişdi: 

"Basılmış əsərlərimdən yalnız 25 dənəsi və hər birindən 100-ə yaxın kitabçılar aldıqdan sonra səkkiz min kitabça 1918 mart hadisəsində bir saata mətbəədə yandı”. Qüdrətli dramaturq şah əsərlərindən biri olan "İblis” faciəsini bu acı təsirlər altında yazıb”.

Qeyd edək ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri Azərbaycan türklərinə qarşı soyqırım törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşüb.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-24