2019-03-29 18:54:50   |   264 dəfə oxunub

“Erməni vandallarını beynəlxalq məhkəməyə verməliyik” - 31 mart soyqırımına görə


"31 mart Soyqırımı erməni vəhşiliklərini əks etdirən gündür”.

Bunu "Sherg.az”a açıqlamasında tarixçi-alim Dilavər Əzimli deyib.

Tarixçi vurğulayıb ki, 1918-ci il martın 31-i Rusiyanın əli ilə slahlandırılan, Avropa ölkələrindən güc alan ermənilər bəşəriyyət tarixində görünməmiş vəhşiliklər törədiblər: 

"Bunun miqyası Şimali Kiprdən tutmuş, Şərqi Anadoluya, Azərbaycana, Orta Asiyaya qədər əhatə edirdi. Bu reallığı bütün dünya bilirdi, amma yenə də erməniləri müdafiə edirlər. Ona görə də müasir zamanda baş vermiş Xocalı qətliamını da "görmədilər”. Deməli, "erməni məsələsi” hələ də onlara lazımdır. Bəs, biz nə etməliyik? Həmişə demişəm, yenə də deyirəm, bu məsələdə birgə hərəkət etməliyik. Türkiyə, Azərbaycan, Şimali Kipr, Orta Asiya, hamımız birlikdə fəaliyyət göstərməliyik. Erməni vandallarını beynəlxalq məhkəməyə verməliyik”.

Alim AMEA-nın Tarix İnstitutu bu istiqamətdə iş aparıldığını söyləyib:

 "Məqsədimizə nail olmalıyıq. Türkiyə, Orta Asiya dövlətləri, Şimali Kipr də bizimlə birgə hərəkət etməli, erməni vandallarının cəzalandırılmasına çalışmalıyıq. Çünki onlar həm də bəşəriyyətə qarşı soyqırım törədiblər. Dünyada erməni vəhşiliyi deyilən xüsusi bir barbarlıq var. Ermənilər öz vəhşilikləri ilə digərlərindən fərqlənirlər.

Uşaqları və qadınları doğramaq, vəhşi üsullara əl atmaq heç orta əsr Romasında belə olmayıb. Bunlar cavabsız qaldıqca vəhşi ermənilər daha da vəhşiləşirlər. Hesab edirəm ki, biz artıq hücum siyasətinə üstünlük verməliyik. Eyni zamanda, hərbimizi daha da gücləndirməli, ərazilərimizin bütövlüyü uğrunda savaşa başlamalıyıq”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-24