2019-04-08 15:03:51   |   175 dəfə oxunub

Azərbaycan Ordusuna Aprel zəfəri kifayət deyil: "Xalqımız yeni qələbələrə hazırlanır"

"Aprel döyüşləri ilə bağlı təşkil olunan tədbirlərdə xalqımızın həmrəylik bayramı nümayiş olunur”. Bu sözləri "Sherg.az”a millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, ordumuzun uğurlu Aprel əməliyyatları ilə bağlı bəzi bölgələrdə təbdirlər keçirilir və keçirilməyə də davam edəcək: 

"Xeyli müddət susqunluqdan sonra ermənilərin orduları haqqında yalançı mif yaratdıqları bir dövrdə Aprel döyüşləri düşmənin xülyalarını puç etdi. Azərbaycan ordusunun qüdrəti və şücaəti nümayiş olundu. Eyni zamanda ordu, xalq, iqtidar birliyi, xalqın mübariz döyüşkən ruhu göstərildi”.

E.Məmmədov bildirib ki, Aprel döyüşlərində qazandığımız qələbə münasibətilə təşkil edilən tədbirlər ordunu və xalqı yeni zəfərlərə hazırlamaq məqsədi güdür: 

"Hesab edirəm ki, keçirilən bütün tədbirlər, KİV-lərin köməkliyi ilə vətənpərvərlik ruhunda olan yazıların hamısı bir məqsədə - son qələbəyə qulluq edir. Burada hamı bir nəfər kimi çalışır ki, həmrəylik, birlik, qələbə əzmi, döyüşkən ruh daha da möhkəm olsun. Əlbəttə, ermənilərə belə düşünür ki, Azərbaycan Ordusuna Aprel zəfəri kifayət etməyib. Onlar hələ də sərsəm bəyənatlar verməklə məşğuldurlar. Ona görə də düşünürəm ki, Azərbaycan ordusu Aprel döyüşlərindən daha da güclü, dağıdıcı, ermənilərə dərs verəcək uğurlara imza atmalıdır. Düşmənin ağlını başına gətirmək üçün bu zərbələr ard-arda vurulmalıdır. Onlar başa düşməlidir ki, qarşılarındakı artıq 1990-cı illərin Azərbaycanı və Azərbaycan Ordusu deyil”.

Yeganə Bayramova




SON XƏBƏRLƏR

2019-04-23