2019-04-11 17:28:10   |   219 dəfə oxunub

“Görülən işlərin bir məqsədi var: Qarabağımızı azad edək !” – Deputat




"Prezidentin apardığı islahatların əsas məqsəd və qayəsini torpaqlarımızın işğaldan azad edilməsi təşkil edir.

Bu sözləri "Sherg.az”a açıqlamasında "Opinion Way” şirkətinin Prezident İlham Əliyevlə bağlı keçirdiyi sorğunun müsbət nəticələri barədə danışarkən millət vəkili Flora Qasımova deyib.

Xanım parlamentari bildirib ki, ölkə başçsının yürütdüyü siyasətlə Azərbaycan dünyada daha böyük nüfuza sahib olacaq:

"Keçirilən islahatlar Azərbaycan iqtisadiyyatının güclənməsinə, ölkəmiz haqqında olan müsbət fikirlərin bir daha təsdiqini tapmasına şərait yaradacaq. Təbii ki, əsas məqsəd ölkəmizin nüfuzunun artırılması, dünyada daha çox tanınmasıdır. Məhz aparılan islahatların nəticəsidir ki, Azərbaycan bütün dünyada seçilən və inkişaf edən ölkələr sırasındadır. Ən başlıca məqsədimiz Qarabağımızı azad etməkdir.

Azərbaycan dünyada nüfuzu olan güclü bir dövlətdir. Ölkəmizi, xalqımızı daha yaxından tanıtmalıyıq. Görülən bütün işlərin bir məqsədi var: torpaqlarımızı azad edək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə "Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib. Sorğuda iştirak edən respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2019-05-20