2019-04-11 18:35:34   |   267 dəfə oxunub

Təkrar sayım: Qutudan İmamoğluna 452, Yıldırıma 66 səs çıxdı


Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı, hakim Ədalət və İnkişaf Partiyasının tələbi ilə İstanbulun bir neçə rayonunda səslər yenidən sayılır. Artıq səslərin yenidən sayıldığı, İstanbulun Kadıköy rayonunda ikinci dəfə səslərin sayılması prosesi başa çatıb.

"Sherg.az” "Sözçü” qəzetinə istinadən bildirir ki, 63 seçki qutusundakı bütün səslər yenidən sayılıb. Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Mehmet Əli Çələbinin açıqladığı məlumata görə, təkrar sayımdan sonra CHP-dən olan bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğluna 452, AKP-nin namizədi Binəli Yıldırıma isə 66 səs çıxıb: 

"Yenə sayıldı, yenə İmamoğlu qazandı” – deyə deputat açıqlamasında qeyd edib.

Anar





SON XƏBƏRLƏR

2019-05-20