2019-04-11 22:26:02   |   297 dəfə oxunub

BENİTO MUSSOLİNİNİN kötücəsi seçkilərə qatılacaq - DOSYE



İtaliya mənşəli siyasətçi, faşist partiyasının başçısı, 1922-1943-cü illərdə İtaliyanın rəhbəri olmuş Benito Mussolininin kötücəsi Keo Qilio Sezar Mussolini növbəti Avropa seçkilərinə qatılacaq.

"Sherg.az” "courrierinternational.com”a istinadən xəbər verir ki, Keo Qilio Sezar Mussolini professional hərbiçidir və vətənpərvərliyi ilə seçilir. Məxsusi olaraq ona ola diqqətin böyük olması "Mussolini”soykökündən irəli gəlir. O, namizədliyini İtaliyanın radikal sağçı "Fratelli” Partiyasından irəli sürür.

50 yaşlı Keo Qilio Sezar Mussolini dünyada və ölkəsində elə də məşhur deyil. İtaliyada dəniz qoşunlarında rəhbər vəzifədə çalışır. Benito Mussolinin üçüncü törəməsidir.

Qeyd edək ki, Keo Qilio Sezar Mussolini Benito Mussolinidən sonra siyasətə qatılan yeganə davamçı deyil. Ondan öncə də Alesandar Mussolini Avropa deputat seçilib, onun bacısı Raşel Mussolini də Romada Bələdiyyə Şurasına sədr seçilib.

Keo Qilio Sezar Mussolininin namizədlik məsələsi gündəmə gələndə ulu babasının yanlışlara yol verməsi və ya diktatorial rejim qurması ilə bağlı ona suallar verilib. Keo Qilio Sezar Mussolini isə cavabında belə deyib: "Benito Mussolini çoxsaylı müsbət addımlar atıb, lakin bəzi yanlışları da olub”.

Tərcümə tedi: Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25