2019-04-14 10:49:36   |   176 dəfə oxunub

İmişlidə dəhşət: Qadını öldürüb, meyitini Araza atdılar


İmişlidə qətl hadisəsi baş verib.

Oxu.Az-ın Aran bürosunun məlumatına görə, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu rayonun Ölcələr kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədova Vahidə Mahmud qızını başından küt alətlə vuraraq qətlə yetirib.

Daha sonra meyiti torbaya qoyaraq Araz çayına atıb.

Meyit polis tərəfindən çaydan çıxarılıb.

"Report” isə məlumat yayıb ki, V. Məmmədovanın meyitini morqa aparan Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Surxayzadə Anar Füzuli oğlu bıçaqlanıb. Onu qətlə yetirilmiş qadının əri Məmmədov Ümidvar Mustafa oğlu bıçaqlayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-04-23