2019-04-14 11:23:18   |   75 dəfə oxunub

Son 6 gün - Serbiyada etirazçılar hakimiyyətə vaxt verdi


Serbiyada ölkə parlamentinin qarşısında kütləvi etiraz aksiyası keçirənlər hakimiyyətə onların tələblərinə "müsbət cavab" üçün 6 gün vaxt veriblər.

Bundan sonra ölkənin DİN rəhbəri Neboyşa Stefanoviç deyib ki, prezident Vuçiç çıxıb etirazçılarra müraciət etmək istəyib, lakin "azsaylı insanlar qarşısında çıxış etməyə öyrəşməyib". Nazirin sözlərinə görə, etirazçıların sayı cəmi 7,5 min olub.

"6 gün müddətində vaxt veririk ki, bu hakimiyyəti tələblərimizə müsbət cavab versin. Onlar bizi eşitməsə, biz yenidən daha çox insanla yığışacağıq", - deyə aksiyanın aparıcısı Yuqoslav Kipriyanoviç deyib.




SON XƏBƏRLƏR

2019-04-23