2019-04-14 12:08:08   |   197 dəfə oxunub

Türkiyədə ilin toyu oldu: Ərdoğan və xanımı cütlüyə nikah şahidliyi etdi- FOTO



"Dəmirörən Holdinq”in rəhbəri Yıldırım Dəmirörən və Revna Dəmirörən cütlüyünün qızı Yelda Dəmirörən ilə mərhum iş adamı Hasan Kalyoncunun oğlu Haluk Kalyoncu evləniblər.

"Sherg.az” Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Çırağan Sarayında baş tutan toy mərasimində Dəmirörən və Kalyoncu ailələrini xoş günlərində tək qoymayıblar. Cütlüyün kəbinini İstanbul bələdiyyəsinin sədri Mövlud Uysal kəsərkən. Şahidliyi prezident və xanımı edib.

Toy mərasimində iş, siyasət, sənət, idman və media dünyasından bir çox tanınmış simalar iştirak ediblər.

Təxminən 2 min insanın dəvət olunduğu toyda Türkiyənin tanınan simaları iştirakçı olublar.








SON XƏBƏRLƏR

2019-06-26