2019-04-14 14:18:10   |   84 dəfə oxunub

Suriya, İraq və İran vahid dəmir yolu şəbəkəsi yaratmaq istəyirlər


Suriya, İraq və İran öz dəmir yollarının vahid şəbəkəyə birləşdirmək istəyirlər.

Suriyanın Nəqliyyat Nazirliyindəki mənbə "al-Watan" qəzetinə bildirib ki, bu məsələ ilə bağlı görüşün keçirilməsi planlaşdırılır.

"Hazırda Suriya, İran və İraqın mütəxəssisləri dəmir yollarının birləşdirilməsi layihəsinin bərpası üzərində işləyir və ölkə nümayəndələrinin arasında keçiriləcək görüşün tarixini müəyyənləşdirirlər", - deyə mənbə bildirib.

Trend xatırladır ki, strateji xarakter daşıyan layihəyə Suriya münaqişəsindən öncə start verilib, lakin 2011-ci ildə münaqişə başladıqdan sonra o dayandırılıb.

Layihənin məqsədi İraq və İranı Suriya limanlarına çıxışla təmin etməkdir. Gələcəkdə isə xəttin Çinə qədər uzadılamsı nəzərdə tutulur.




SON XƏBƏRLƏR

2019-06-26