2019-04-14 14:51:43   |   98 dəfə oxunub

Rusiyada həbsxanadan 9 məhkum qaçdı - Polis onları axtarır

Rusiyanın Tuva vilayətindəki "Barun-Xemçiskiy" müvəqqəti saxlanma təcridxanasından 9 nəfər məhkum qaçıb. 

"Sherg.az" "Lenta.ru"ya istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Regional İdarəsinin saytında məlumat yerləşdirilib.

Hadisə nəticəsində həbsxananın növbətçi əməkdaşı yaralanıb. Hazırda bölgənin polisi Krasnoyarsk vilayətindən və Xakasiyadan olan həmkarları ilə birgə qaçan şəxsləri axtarır.

Tədqiqat Komitəsi şöbənin saytı isə qeyd edib ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 317-ci maddəsinə ("hüquq-mühafizə orqanının həyatına xələl gətirmə") əsasən cinayət işi açılıb. 

Anar




SON XƏBƏRLƏR

2019-06-26