2019-04-14 17:06:03   |   143 dəfə oxunub

Finlandiyada parlament seçkiləri keçirilir




Finlandiyada parlament seçkiləri keçirilir.

AZƏRTAC xəbər verir ki, Finlandiya Respublikasının Ədliyyə Nazirliyinin yaydığı məlumata əsasən, ölkə ərazisində 900-dən çox seçki məntəqəsi yerli vaxtla saat 09:00-da açılıb. Gün ərzində seçicilər saat 20: 00-dək öz səs vermə hüququndan istifadə edə bilərlər. Seçki məntəqələrinin bağlanmasından dərhal sonra Finlandiyanın Ədliyyə Nazirliyi seçkilərin ilkin nəticələrini açıqlayacaq. Seçki nəticələrinə əsasən, 200 deputatdan ibarət parlamentin növbəti dörd il üçün tərkibi təyin olunacaq, yeni hökumət formalaşaraq baş nazir təyin ediləcək.




SON XƏBƏRLƏR

2019-06-27