2019-04-15 09:37:06   |   96 dəfə oxunub

Məmmədyarov Moskvada rusiyalı və ermənistanlı həmkarları ilə görüşəcək


Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov aprelin 15-də Moskvada rusiyalı və ermənistanlı həmkarları Sergey Lavrov və Zohrab Mnatsakanyanla görüşəcək.

ONA-nın "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.
Həmçinin martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarna dair qapalı məsləhətləşmələr də aparılacaq.
Görüşdə nazirlərə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer də qatılacaq.




SON XƏBƏRLƏR

2019-06-26