2019-04-15 10:03:04   |   99 dəfə oxunub

Faciə: 48 yaşlı qadın canına qıydı


Zaqatalada 48 yaşlı qadın intihar edib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.
Kənd sakini, 1971-ci il təvəllüdlü Məlahət Feyzullah qızı Şabanovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qaz borusundan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 48 yaşlı M. Şabanovanın intihar səbəbi hələlik bilinmir.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-04-23