2019-04-15 12:17:30   |   233 dəfə oxunub

XİN başçılarının Moskva görüşü nə vəd edir ? - ŞƏRH

“Rusiya göstərmək istəyir ki, proses artıq öz nəzarətindədir. Kreml çalışacaq ki, hərbi eskalasiyaya imkan verməsin”

“ Azərbaycan artıq güc yoluna üstünlük verməlidir. Diplomatik danışıqların heç bir nəticəsi yoxdur”


Bu gün Moskvada Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun üzvlərinin və Rusiya xarici işlər naziri Sergey Lavrovun birgə iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü baş tutacaq. Ekspertlərin fikrincə, bir neçə ay ərzində Qərbdə keçirilən görüşdən sonra Moskvada planlaşdırılan görüş Rusiyanın öz moderatorluğunu saxlamaq cəhdidir.

Gözlənilən görüşlə bağlı fikirlərini "Sherg.az”a bölüşən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Vaşinqton Qarabağ konfliktinin həlli ilə bağlı yenidən taymaut götürüb: 

"Ötən il göstərdiyi fəallıq isə nəticəsiz qaldı. ABŞ gördü ki, İrəvan inqilab heç də Ermənistanın müstəqlliyinə gətirib çıxarmadı. Ölkə Rusiyanın nəzrətindədir. Ona görə də prosesdən uzaqlaşaraq Minsk qrupu çərçivəsində ənənəvi siyasətinə qayıtdı. Moskvada Minsk qrupunun iştirakı ilə keçirilən görüşdə Vyanda əldə olunan humanitar missiyaların həyata keçirilməsi istiqamətində razılaşmaya əsasən, Ermənistan girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması müzakirə oluna bilər. 

Amma, Ermənistan tərəfinin girovların azad olunması üçün əməli addım atmaması və prosesi qəsdən uzatması gözlənilir. Bundan əlavə, Moskva görüşü cəbhə zonasında atəşkəsin qorunmasına və Ermənistanı hərbi təzyiqlərindən qorunmağa hesablanıb. Rusiya göstərmək istəyir ki, proses artıq öz nəzarətindədir. Kreml çalışacaq ki, hərbi eskalasiyaya imkan verməsin”.

Analitikin fikrincə, Vyana görüşünün nəticəsiz başa çatması Moskva görüşünün də manipulyasiya olduğunu göstərir: 

"Rəsmi Bakı bu kimi danışıqlara getməməlidir. Cəbhə xəttində silah səsləri aydın eşidilməyə başlanıb. Vyana görüşündən sonra bu gözlənilirdi. Azərbaycan artıq güc yoluna üstünlük verməlidir. Diplomatik danışıqların heç bir nəticəsi yoxdur. Bəs Azərbaycan nə etməlidir? Əgər, cəbhə xəttində işğalçıya güclü zərbələr endirilsə, proses 180 dərəcə Azərbaycanın lehinə olacaq. Biz Ermənistan rəhbərlyinə kifayət qədər vaxt verdik ki, ölkədə daxili siyasi sabitliyə nail olsun, hakimiyyətini gücləndirsin. Amma, Ermənistan rəhbərliyi tamamilə başqa istiqamət aldı. Məncə, Rusiyanın danışıqlarına ümid etməməliyik”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-04-23