2019-04-15 12:40:23   |   319 dəfə oxunub

Sarımsağın yeni faydaları üzə çıxdı... - Fransa mətbuatı yazdı



Quru sarımsaq bəzi xəstəliklərin dərmanıdır.

"Sherg.az” "Lepoint.fr”ə istinadən xəbər verir ki, "Louisville” universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmalar nəticəsində maraqlı və faydalı faktlar ortaya çıxıb. Məlum olub ki, quru sarımsaq bağırsaqlarda mikrobları öldürür, yaddaşı isə ciddi şəkildə gücləndirir. 

Bir sözlə quru sarımsaq yaddaşı qorumaq və bağırsaqlardakı bütün bakteriaları öldürmək üçün ən müfəssəl bir metod hesab olunur. 

Alimlər yazırlar ki, insanın beyninə əsəb dalğası vasitəsilə 200 milyon neyron təsir göstərir ki, bu da yaddaş zəifliyinə səbəb olur. 

Və zamanla insan yaddaşını daha da itirir. Amma quru sarımsaqdan istifadə bu problemin aradan qaldırlmasına böyük kömək olur.

Tərcümə etdi:Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-04-23